Balakən rayon Mərkəzi kitabxanası

Balakən rayon MKS
Tədbirlər
11 Dekabr , 2017

Dekabrın 12-si xalqımızın, çoxəsrlik  Azərbaycan tarixində misilsiz xidmətləri ilə əbədiyaşar mövqe qazanmış ulu öndər Heydər Əliyevin anım günüdür.On dörd il bundan əvvəl Vətən öz böyük oğlunu itirmişdir. Hər il olduğu kimi bu il də ümum milli liderin əziz xatirəsi respublikanin bütün şəhər və rayonlarında anıldı.

Balakən rayon MKS-də  ulu öndərə hərs olunmuş sərgilər təşkil olunmuş, kartoteka dahada genişləndirilmiş və bir sıra silsilə tədbirlər keçirilmişdir. Keçirilmiş tədbirlər haqqında qısa məlmat:

11 dekabr 2017-ci il tarixdə Balakən rayon Mərkəzi kitabxanasında Ulu  öndər Heydər Əliyevin xatirəsinə hərs olunmuş anım mərasimi keçirilmişdir. İlk öncə tədbir iştirakçıları ulu öndərin xatirəsini 1 dəqiqəlik sükutla yad etmişlər.Anım mərasimində Balakən rayon MKS-nin direktoru M.Tağıyeva Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin həyat və fəaliyyəti, onun Azərbaycan tarixindəki rolu barədə ətraflı məlumat vermişdir. M.Tağıyeva öz çıxışında müstəqil Azərbaycan dövlətçiliyinin banisi və qurucusu olan Ümum milli lider Heydər Əliyevin vəfatının il dönümünün xalqımız tərəfindən dərin kədər hissi ilə vətənimizin hər bir guşəsində qeyd edildiyini bildirdi. Azərbaycan tarixinin tale yüklü hadisələrlə zəngin otuz ildən artıq bir dövrü məhz ulu öndərimiz Heydər Əliyevin adı ilə bağlıdır. Onun Azərbaycana rəhbərliyi ayrı-ayrı dövrlərə, hətta müxtəlif ictimai-siyasi quruluşlara təsadüf  etsədə, Ümum milli liderimiz daim doğma Vətənə, xalqa  sonsuz  məhəbbət hissi, qurub-yaratmaq amalı ilə yaşamış, həmişə milli maraqların müdafiəçisi və təminatçısı olmuşdur. Bu gün Heydər Əliyev siyasi xəttinin uğurlu davamının nəticəsidir ki, Azərbaycan gündən-günə inkişaf edir, bütün sahələrdə böyük nailiyyətlərə imza atılır. Artıq İqtisadi inkişafın Azərbaycan  modelinin  dünya  dövlətləri  üçün  bir örnək  olduğunu Ümum milli liderimizin layiqli davamçısı, dövlət başçısı cənab İlham Əliyevin rəhbərliyi altında bu inkişafın uğurla davam etdirildiyini, müəyyənləşdirilmiş strateji hədəflərə uğurla nail olunduğunu qeyd  etdi. Tədbirdə ulu öndərə həsr edilmiş video çarx nümaiş olundu
Foto Qalereya