Balakən rayon Mərkəzi kitabxanası

Balakən rayon MKS
Tədbirlər
21 Dekabr , 2016

21 dekabr 2016-cı il tarixdə Balakən Mərkəzi kitabxanasında görkəmli Azərbaycan şairi Nüsrət Kəsəmənlinin 70 illik  yubileyi ilə əlaqədar “Şeirlərindən yasəmən ətri gələn şair” adlı ədəbi-bədii gecə keçirildi. Ədəbi-bədii gecə şairin həyat və yaradıcılığına həsr olunmuş sərgiyə nümayişlə başladı. Tədbirdə Mərkəzi kitabxanının xidmət şöbə müdiri N.Ramazanova Nüsrət Kəsəmənlinin həyat və yaradıcılığına həsr olunmuş məruzə ilə çıxış etdi. Tədbir iştirakçıları Nüsrət Kəsəmənlinin  şeirlərini əzbər soylədilər. Sonda Nüsrət Kəsəmənliyə həsr olunan foto-video nümayiş olundu.

 

 

Foto Qalereya